Səfir Buça faciəsini Xocalı soyqırımı ilə eyniləşdirdi
07.04.2022
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı soyqırımı ilə müqayisə edib.
Diplomat bu barədə "Twitter” səhifəsində yazıb.
"1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xət dəyişməzdir...”, - V.Kanevski qeyd edib.
Xatırladaq ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.