Vuçiç: AB-yə gedirik, amma Rusiya dost qalacaq
06.04.2022
Serbiya AB-yə daxil olacaq, amma Rusiya ilə dostluq münasibətlərini də saxlayacaq.
"DM" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiçin mətbuat xidməti bildirib.
"Serbiya Prezidenti Aleksandr Vuçiç və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıq zamanı ölkələrin siyasi-iqtisadi münasibətləri müzakirə edilib. Prezident Vuçiç bildirib ki, Serbiya Rusiya ilə səmimi və ənənəvi dostluq münasibətlərini qoruyub saxlamaqla Avropaya doğru yolunu davam edəcək”, - məlumatda deyilir.