21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Araz yenə Kürə qovuşdu: Çayda suyun səviyyəsi 27 sm artıb - FOTO

06.04.2022

Kür çayında suyun səviyyəsi 27 sm artıb.

Bu barədə  vətəndaş cəmiyyəti fəalı Emil Məmmədov məlumat verib.

O bildirib ki, çayda suyun səviyyəsinin artması nəticəsində Araz çayı Kürlə qovuşub:

"Dünəndən etibarən çayın səviyyəsi artmağa başlayıb. İlkin olaraq 27 sm artım olub. Suyun rənginin qırmızımtıl olması Arazın Kürə qovuşmasından xəbər verir. Bunlara baxmayaraq çayın aşağı axını Neftçala rayonunda vəziyyət çətin olaraq qalır. Hətta dünəndən etibarən dəniz suları yenidən Kürə axmağa başlayıb. Güman edirik ki, aşağı axında başlayan artım yaxın bir sutka ərzində Kürün Neftçala hissəsinə də təsir edəcək”.