Bu şirkətlər Ukraynaya 144 milyon bağışladı
06.04.2022
"Epik Qeyms” və "Maykrosoft” Ukraynaya yardım kampaniyası çərçivəsində 144 milyon dollarlıq ianə toplayıb.
"DM" xarici mediaya istinadən xəbər verir ki, hər iki şirkət son iki həftə ərzində oyundan əldə olunan gəliri Ukraynada müharibədən zərər çəkmiş insanlara yardım edən humanitar təşkilatlara bağışlayıb.
Toplanılan vəsaitlərin "Direct Relief”, UNİSEF, BMT-nin Ümumdünya Ərzaq Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Dünya Mərkəzi Mətbəxinə göndəriləcəyi bildirilib.