Qostomeldə 400-ə yaxın adam itkin düşdü
06.04.2022
Qostomeldə 35 gün davam edən işğalda 400-dən çox insan itkin düşmüş hesab olunur.
Bu barədə Qostomel hərbi administrasiyasının rəhbəri Taras Dumenko deyib.
"35 günlük işğalda 400-dən çox itkinimiz var. İndi Fövqəladə Hallar Xidməti və patrul polisi əməkdaşları ilə birlikdə Qostomel şəhərinin zirzəmilərinə baxış keçiririk. Sakinlər bəzi şəxslərin harada olması barədə məlumat verirlər”, - Dumenko bildirib.