Səfirliyimiz Lvovda fəaliyyətini davam etdirir - XİN
06.04.2022
Azərbaycanın Ukraynadakı səfirliyi Lvovda fəaliyyətini davam etdirir.
Bu barədə Azərbaycvan XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda səfirlik vətəndaşlarımızın Ukraynadan təxliyəsi ilə məşğuldur.
Xatırladaq ki, Ukraynada vəziyyətin kəskinləşməsi və Kiyev şəhəri üçün təhlükənin artması fonunda mart ayının əvvəllərində azərbaycanlı diplomatlar bu şəhərdən Lvova köçürülüblər.