Bodnar : "Türkiyənin köməyi ilə davam edəcəyik "
06.04.2022
Danışıqlarda müzakirə ediləcək ən mühüm məsələlərdən biri də Buça olacaq.
"DM" xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
"Ukraynada cinayət törədənlər lazımi cəzanı almalıdırlar. Müharibə bitdikdən sonra, normallaşma prosesində nəinki cinayətkarlar müvafiq cəzaları almalı, həm də kompensasiyalar ödənildikdən sonra Rusiya da Putinsizləşdirilməlidir. Bütün bu acılar, yaşadıqlarımız danışıqların yerini tuta bilməz. Danışıqlar nə qədər çətin olsa da, Türkiyənin köməyi ilə davam edəcəyimizi düşünürəm”, - Bodnar bildirib.