Ruslar Mariupolda mülkiləri öldürüdüklərini etiraf etdilər
05.04.2022
Rusiya Mariupoldan humanitar dəhlizlər vasitəsilə çıxan onlarla mülki geyimli kişinin öldürüldüyünü etiraf edib.
"DM" xəbər verir ki, bununla bağlı Rusiya Baş Qərargahının Mərkəzi komandanlıq məntəqəsinin rəisi, general-polkovnik Mixail Mizintsev məlumat yayıb.
Mizintsev çıxışında öldürülən mülkiləri "geyimini dəyişmiş ukraynalı hərbçilər” adlandırıb:
"Son iki gündə silahlıların 150-200 nəfərdən ibarət bir hissəsi humanitar dəhlizlərdən istifadə edərək mülki geyimdə şəhəri tərk edib. 10-15 nəfərdən ibarət səpələnmiş qruplarda kənd yolları ilə Zaporojye istiqamətində hərəkət edirlər. Bu gecə onlardan 93-ü məhv edilib, qalanlarının isə yeri müəyyən edilib. Onlar da qısa vaxtda məhv ediləcəklər”.
Ukrayna mətbuatı yazır ki, bununla ruslar Mariupoldakı qırğına don geyindirmək istəyirlər.