“Yerusəlim Post”: İran İsrailə hücuma hazırlaşır
05.04.2022
İran rejimi özünün yeni raket və dronlarını sınaqdan keçirmək üçün İsraillə müharibəyə başlamaq niyyətindədir.
Bu barədə İsrailin "Yerusəlim Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, İran bəzi ərəb ölkələrinin liderləri ilə İsrail arasında keçirilən Negev sammitindən narazıdır. Bu səbəbdən İran bölgədə güc nümayiş etdirmək istəyir. İran Həmas və dəstəklədiyi digər qruplaşmalardan istifadə edərək Ramazan ayında İsrailə qarşı müharibəya başlamaq fikrindədir.