Zelenski:Denasifikasiya söhbəti olmayacaq, unudun
05.04.2022
Hazırda Ukrayna ilə Rusiya arasında danışıqlarda Kremlin səsləndirdiyi "denasifikasiya və demilitarizasiya” söhbəti yoxdur, çünki Ukrayna əvvəldən bu məsələləri rədd edib.
"DM" xəbər verir ki, bunu Prezident Vladimir Zelenski deyib.
"Biz onlara dedik ki, "denasifikasiya və demilitarizasiya” ifadələrini unudun. Bu barədə danışmayacağıq. "Denasifikasiya” sadəcə olaraq təhqiramiz səslənir və Buça da göstərdi ki, biz haqlıyıq. "Denasifikasiya” Ukraynaya veriləcək sual deyil, amma Rusiya istəyirsə, qoy güzgü qarşısında özünə belə bir sual versin”, - Zelenski bildirib.