Yaponiya Ukraynaya əlavə 100 milyon göndərir
05.04.2022
Yaponiya hökuməti Ukrayna və ölkədən qaçmış müharibə qurbanlarını qəbul edən qonşu ölkələrə əlavə olaraq 100 milyon dollar təcili humanitar yardım göstərəcək.
Yaponiyadan gələn yardım dərman və ilk tibbi yardıma, müvəqqəti sığınacaqların tikintisinə, gündəlik tələbat malları və ərzaq məhsullarına, habelə Ukraynanın kənd təsərrüfatı istehsalının canlanmasına, Rusiyanın hücumundan dağıntıların və partlamamış minaların təmizlənməsinə sərf olunacaq.