Buça və İrpen dəhşəti: bunu rus ordusu etməyib!
05.04.2022
Buça və İrpenin Rusiya ordusunun işğalından azad olunmasından sonra ortaya çıxan mənzərə dünyanı sarsıdır: hər yer xarabalığa çevrilib, binalar hədəf alınıb, körpülər dağıdılıb, şəhər alt-üst olub, küçələr az qala məhv edilən texnikalardan keçilməzdir... Və əlbəttə ki, əlləri arxadan bağlanmış halda güllələnən yerli sakinlər. Onlardan bəziləri küçənin ortasında, bəziləri zirzəmi döşəmələrindədir.
Rus ordusu bu cür qətliam törətməyə qadirdirmi?
Çox güclü daxili əminliklə demək olar: Yox!
Sosial şəbəkələrdə vaxtaşırı olaraq Xocalı yada salınır və Xocalıda 366-cı motoatıcı alayın iştirakı xatırladılaraq, rus ordusunun bu cür qətliamları bacardığına diqqət çəkilir.
Rusiyanın motoatıcı alayı Xocalının işğalında iştirak etmişdi, ancaq orda soyqırımı ermənilər törətmişdilər. Çox yaxın tarixdir, şahidlərin böyük əksəriyyəti sağ-salamatdır, sənədlər, faktlar, sübutlar da – faktı təhrif etməyə və ermənilərin törətdiklərini rus əsgərlərin üzərinə atmağa ehtiyac yoxdur.
Olduqca məntiqli bu arqumentin önünə 20 Yanvar dəhşətini çıxara bilərsiniz. 20 yanvar 1990-cı ildə rus ordusu Bakıda silahsız əhalini gülləbaran etmişdi!
Ancaq bunu da Buça və İrpenlə müqayisə etmək mümkün deyil: 20 Yanvarda rus ordusuna gecə Bakı küçələrində aksiya keçirən dinc əhalinin "silahlı ekstremistlər” olduğu bildirilmiş və atəş əmri verilmişdi, əsgərlər isə icra etmişdilər. Hələ 20 yanvar gecəsi Bakıya girənlərin tamamilə ayrı dəstə olduğu, onları qətliam üçün gətirdikləri, gecə ilə də işlərini bitirəndən sonra çıxarılaraq, əvəzinə ordunun yerləşdirildiyi iddiaları da var.
Buçada isə küçədə və yaxud zirzəmilərdə, "qərargahlarda” güllələnən mülki şəxslərin əli bağlıdır: yəni onlar girov götürülüb, əlləri bağlanıb, işgəncə verilib, sonra güllələnib...
Bu, 20 Yanvardan fərqlidir, Xocalı dəhşətinə yaxındır.
Bu, rus ordusunun imzası deyil!
Xatırlayın o kadrları: hər yerdə rus əsgərlərinə etiraz edən xalq, əliyalın əhali! Onlar rus ordusunun önünü kəsirdilər, Ukraynadan rədd olmalarını tələb edirdilər, bəzi halda rus əsgərlərinin hərbi əməliyyata qoşulması bu cür hadisələrə görə gecikirdi, buna baxmayaraq, rus əsgərləri ukraynalı dinc sakinlərə atəş açmırdı – bir-iki istisnanı çıxmaq şərti ilə.
Ancaq bu kadrlar 10-15 gün əvvələ aiddir - Rusiya Suriya da daxil olmaqla, bəzi ölkələrdən muzdluları, o cümlədən "Vaqner” başkəsənlərini Ukraynaya gətirənə qədər!
Mülki insanın əlini bağlayıb güllələmək yalnız terrorçuların işidir, heç bir ordunun zabiti, əsgəri buna getməz.
Buça və İrpen azad edilməyib, rus ordusu özü ordan geri çəkilib. Əgər nizami ordu komandanlıq qərarı ilə geri çəkilirsə, hər halda arxasınca bu qədər gözgörəsi iz qoymazdı.
Yalnız geri çəkilmək əmri alan terrorçu-muzdlu qruplar heç nə olmamış kimi, küçələrdə əlibağlı meyitləri atıb gedə bilər. Çünki onların təfəkküründə bu, adi mənzərədir.
Buça küçələrində erməni terrorçu təfəkkürünün imzası açıq-aydın görünür: bu cür qətliam üçün yalnız erməni olmaq lazımdır!
P.S. Qəribə bir məqama da diqqət çəkmək gərək: öldürülənlərin bir çoxunun əli niyə yalnız ağ parça ilə bağlanıb? Fotoya aydın düşməsi üçün? O ağ parçalar niyə çirklənməyib?
Bu şübhələr qətliamı və qətliamın məsuliyyətini azaltmaq üçün deyil – qətiyyən!