Müharibə əlillərinə birdəfəlik ödənişlər bu tarixdə veriləcək
05.04.2022
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev "Sosial saat"da deyib.
Onun sözlərinə görə, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub.
Qeyd edək ki, I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat verilməsi nəzərdə tutulur.