Azərbaycanda bələdiyyələr yeni sistemlə idarə edilə bilər
05.04.2022
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasını təklif edib.
"DM"-nın məlumatına əsasən, S.Novruzov Milli Məclisin iclasında deyib ki, işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr formalaşsa, 500-ə yaxın yeni bələdiyyə olacaq.
Ümumilikdə isə Azərbaycanda hazırda 1 600 bələdiyyə var.
Deputat qeyd edib ki, bələdiyyələrin və onların üzvlərinin sayı azaldılmalıdır.
"Təklif edirəm ki, ilkin olaraq, Gəncə, Sumqayıtdakı şəhər bələdiyyələri əsasında vahid bələdiyyə sistemi yaradılsın. Effektli olarsa, Bakı Böyük Şəhər bələdiyyəsinin yaradılması məsələsinə baxıla bilər”, - deyə komitə sədri əlavə edib.