Qafarova Simonyanla mübahisəsindən danışdı
05.04.2022
MDB Parlament Assambleyasının 30 illiyi ilə bağlı Qazaxıstanda keçirilən tədbirdə Ermənistan nümayəndə heyəti özünü elə aparırdı ki, guya onlar bizə sülh təklif edirlər. Onlara cavab verməmək isə mümkün deyildi. Ona görə də tez-tez vaxt götürərək ermənilərin iddialarına cavab verirdim.
"DM" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
"Ona görə də mən dedim ki, sülh təklifini biz vermişik. Həmişə olduğu kimi, bu dəfə də yanlış informasiya vermək istəyirdilər. Amma alınmadı”, - o vurğulayıb.