Mariya Peyçinoviç:“Azərbaycanla bağlı plan yeni əməkdaşlıq sahələrini əhatə edir”
05.04.2022
"2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planı Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib”.
"DM” xəbər verir ki, bu fikirləri Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, bu, yeni plan deyil, belə ki, AŞ təşkilata üzv digər ölkələrlə əməkdaşlıq çərçivəsində də bu cür sənədlər hazırlayır. 2022-2025-ci illəri əhatə edən sözügedən Fəaliyyət Planı Azərbaycan üçün artıq üçüncü plandır.
Baş katib Azərbaycanın 2019-cu ildə AŞ-nin Lansarote Konvensiyasını ratifikasiya etdiyini, həmçinin AŞ-nin hüquqi təcrübənin yenilənməsində Azərbaycana kömək etdiyini xatırladıb.
Mariya Peyçinoviç-Buriç 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının süni intellekt, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, insan alverinə qarşı mübarizə kimi yeni əməkdaşlıq sahələrini əhatə etdiyini əlavə edib.