Rusiyaya qarşı 11 ölkə birləşir
08.09.2018
ABŞ hərbçiləri 11 Avropa ölkəsi ilə Rusiya aqressiyasının qarşısının alınması məsələsini müzakirə ediblər.
"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə həmçinin Rusiya dezinformasiyalarına qarşı mübarizə məsələsinin də müzakirə edildiyi bilidirilib.
Görüş Norveçin Oslo şəhərində baş tutub. Konfransa ABŞ-la bərabər Almaniya, Danimarka, İslandiya, Latviya, Litva, Norveç, Polşa, Finlandiya, İsveç və Estoniya qatılıb.