Serbiyanın yeni prezidenti məlum oldu
04.04.2022
Serbiyada dünən keçirilən seçkilərdə hazırkı prezident Aleksandr Vuçiç qələbə qazanıb.
Məlumatlara görə, A.Vuçiç 2 245 000 səs və təxminən 59,9-61 faiz səslə seçkilərdə üstünlük əldə edərək yenidən ölkə prezidenti seçilib.
Seçkilərə təxminən 3 800 000 seçici qatılıb.
Mənbə: Anadolu