Zelenski rusiyalı əsgərlərin analarına müraciət ünvanladı
04.04.2022
Ukrayna Prezidenti Volodimir Zelenski Buçadakı vəhşiliklərlə əlaqədar öz "Telegram” kanalında rusiyalı əsgərlərinin analarına müraciət ünvanlayıb.
V.Zelenski öz yazısına Buça və Kiyev vilayətinin azad edilmiş digər şəhərlərində mülki əhalinin qarət edilməsi və öldürülməsini əks etdirən fotoşəkilləri əlavə edərək rus hərbçilərinin analarına müraciət edib.
"Rus hərbçilərinin analarına bu fotolara baxmağı məsləhət görürəm. Görün siz necə bir əclaflar yetişdirmisiniz. Onlar qatil, qarətçi, cəlladırlar”, - Zelenski rus dilində yazıb.