Kiyevdən geri çəkilən rus ordusu evləri qarət edir
01.04.2022
Kiyev vilayətindən geri çəkilən rus ordusu sadə insanların evlərini qarət edir.
Bu barədə Ukryana XİN-nin sözçüsü Oleq Nikolenko Tvitter hesabında yazıb.
"Böyük itki verərək Kiyev vilayətindən geri çəkilən rus qoşunları sadə insanların evlərini qarət edir. Elektronika, geyim, ayaqqabı, kosmetika oğurlayırlar. Bu, ordu deyil. Ayıbdır. Biz heç vaxt unutmayacağıq və heç vaxt bağışlamayacağıq”, - diplomat bildirib.