İtaliya XİN başçısı Azərbaycana gəlir
01.04.2022
İtaliyanın xarici işlər naziri Luici Di Mayo Azərbaycana səfər edəcək.
"DM" xəbər verir ki, səfər çərçivəsində italiyalı nazir aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.