Yağıntılarda təsərrüfata dəyən zərəri kim qarşılayacaq?
01.04.2022
Mart ayında bölgələrimizdə müşahidə olunan sərt hava şəraiti meyvə ağaclarının çiçəklərini vaxtından əvvəl töküb. Xüsusən cənub bölgəsinə güclü yağışların düşməsi ilə yaranan sel kənd təsərrüfatı məhsullarını su altında qoydu. Fermerlər məhsulun bir hissəsinin tələf olması səbəbindən qiymətlərin artacağını deyirlər. Artıq bazarda kartofun bahalaşması müşahidə olunur.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, mart ayının ikinci yarısında havaların yağıntılı keçməsinin təsərrüfata heç bir mənfi təsiri olmayıb.
"Qlobal iqlim dəyişikliyi səbəbindən quraqlığın artması dövründə bu cür yağıntıların olması təsərrüfata müsbət təsir edib. Apardığımız monitorinqlər göstərdi ki, yağıntılar xüsusən taxılçılığa, dəmyə əkinçiliyinə yararlı olub. Dağlarda qar çoxaldığı üçün çaylarda sululuğun artması yay zamanı da təsərrüfatın işinə yarayacaq”, - nazirlik rəsmisi deyib.
O qeyd edib ki, təsərrüfat sahələrini su basması ilə bağlı görüntülər yayılıb. Lakin subasmalar geniş sahələri əhatə etməyib: