Rau Bakıdan İrəvana getdi
01.04.2022
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raunun İrəvana səfəri başlayıb.
"DM" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Onu Xİn rəhbəri Ararat Mirzəyanın qarşıladığı bildirilib.
Qeyd edək ki, Z.Rau ötən gün Bakıda səfərdə idi. O, Bakı səfəri çərçivəsində azərbaycanlı həmkarı ilə görüşüb, həmçinin Prezident Əliyev onu qəbul edib.