Ölkəmizdə şəkər tozu qıtlığı var? - Rəsmi açıqlama
31.03.2022
Azərsun Holding MMC mətbuatda ölkədə şəkər tozu qıtlığının yaranması barədə məlumatlara münasibət bildirib.
MMC-dən verilən məlumata görə, regionun ən böyük şəkər istehsalI müəssisəsi olan İmişli Şəkər Zavodu (Azərbaycan Şəkər İstehsalat Birliyi MMC) tam gücü ilə fəaliyyətini davam etdirir.
"Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”,- deyə holdinq bəyan edib.