21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Markov: İrəvanın sülhməramlılarla bağlı cirkin planı

31.03.2022

Ermənistan Ukrayna ətrafında yaranmış vəziyyətdən istifadə edərək Qarabağda vəziyyəti gərginləşdirməyə çalışır.

"DM" xəbər verir ki, bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bölüşüb.

"Ukraynadakı münaqişə bəzi qüvvələr tərəfindən Qarabağa ötürülür. İrəvanın əsas niyyəti Azərbaycan əsgərləri ilə sülhməramlılar arasında münaqişə yaratmaqdır. Rusiya rəhbərliyi üçtərəfli bəyanatların bəndlərinin yerinə yetirilməsi zərurəti ilə bağlı Ermənistana təzyiq göstərməyə çalışsa da, bunu enerjisiz edir. İndi isə xüsusi əməliyyat fonunda Rusiya rəhbərliyinin Ermənistan rəhbərliyinə təzyiq göstərməyə ümumiyyətlə vaxtı yoxdur. Nəticədə Ermənistan Rusiya və Azərbaycanı qarşı-qarşıya qoymaq üçün Qarabağ separatçılarından istifadə etməyə başlayıb. Təbii ki, əsas məqsəd Rusiya ilə Türkiyə arasında münaqişənin qızışdırılmasıdır”, - rusiyalı politoloq qeyd edib.