21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İlk özəl kredit bürosu

03.02.2018

Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkədə ilk özəl kredit bürosu - "Azərbaycan Kredit Bürosu” MMC yaradılıb.
Azərbaycan Banklar Assosiasiyasından verilən xəbərə görə, hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır.
Büro kredit təşkilatları ilə müqavilələrin imzalanması prosesinə başlayıb.
"Azərbaycan Beynəlxalq Bankı” ASC, "Bank Respublika” ASC, "Xalq Bank” ASC, "Kapital Bank” ASC, "PAŞA Bank” ASC, "Rabitəbank” ASC, "Unibank KB” ASC və "Ziraat Bank Azərbaycan” ASC-nin birgə təşəbbüsü ilə təsis olunan büronun baş direktoru Elçin Həbibov təyin edilib.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.