Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Ağdama gediblər - FOTO
31.03.2022
"Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransın iştirakçılarının Ağdam şəhərinə səfəri başlayıb.
"DM" "Report”-a istinadən xəbər verir ki, səfər çərçivəsində onlar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) regional mobil sahə düşərgəsi, minatəmizləmə, həmçinin tikinti və bərpa işlərinin gedişi ilə tanış olacaqlar.
Xatırladaq ki, ANAMA və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə martın 31-dən aprelin 1-dək Bakıda "Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı hibrid beynəlxalq konfrans keçiriləcək. Tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.