Azərbaycan XİN İsraildəki terror aktını pislədi
31.03.2022
Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Tvitterdə bildirib.
"Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, - XİN-dən vurğulanıb.