23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Litva Rusiyanı “düşmən ölkə” kimi rəsmiləşdirdi

31.03.2022

Rusiya və Belarus Litva hökumətinin hazırladığı düşmən dövlətlərin siyahısına daxil edilib.

Bu barədə Litva hökuməti məlumat yayıb.

Məlumata görə, Litva bu dövlətlərə məxsus şirkətləri dövlət satınalmaları tenderlərindən kənarlaşdıra və ya onlarla artıq bağlanmış müqavilələrə xitam verə biləcək.

Qeyd edək ki, Litva hökumətinin təsdiqlədiyi düşmən dövlətlər və ərazilər siyahısına Rusiya, Belarus, Rusiya tərəfindən işğal olunmuş Ukrayna Krımı, Moldova hökumətinin nəzarətində olmayan Dnestryanı ərazi, Gürcüstan hökumətinin nəzarətində olmayan Abxaziya və Cənubi Osetiya əraziləri daxildir.