Özbəkistanla güclü əlaqələr qurmağı hədəfləyirik - Altun
30.03.2022
Bu gün Özbəkistan və Türkiyə arasındakı münasibətlərin siyasi və strateji əhəmiyyəti nə olursa olsun, o qədər möhkəm mədəni bünövrə üzərində qurulub ki, qardaşlıq hissləri həmişə dostluq münasibətlərini alovlandıracaq.
"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"İndi biz Türkiyə ilə Özbəkistan arasında möhkəm zəmin üzərində daha incə və güclü əlaqələr qurmağı hədəfləyirik.
Özbəkistanın səsi Türkiyədən, Türkiyənin səsi Özbəkistandan eşidilməlidir. Bizim dialoqumuz "dövlətdən-dövlətə” münasibətlərindən kənarda "cəmiyyətdən-cəmiyyətə” münasibət formatına əsaslanmalıdır”.