AB Ukrayna üçün sürətli ticarət yolu yaradacaq
30.03.2022
Avropa Birliyi Polşa və Ukrayna arasında xüsusi ticarət yolları yaratmağa hazırdır. Məqsəd ərzaq məhsullarının hər iki istiqamətdə mümkün qədər rahat daşınmasıdır.
"DM" xəbər verir ki, bunu AB-nin kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski deyib.
Qeyd olunur ki, Ukrayna Brüsseldən ərzaq ticarəti axınını təmin etmək və asanlaşdırmaq üçün yaşıl dəhlizlər adlanan yollar yaratmağı xahiş edir. Çünki onun Qara dəniz limanlarından böyük ərzaq ixracatı Rusiya tərəfindən kəsilib.