İstanbul danışıqlarına NATO-dan reaksiya
30.03.2022
Gəlin, Rusiya və Ukrayna arasında İstanbulda keçirilən görüşü dəyərləndirərkən diqqətli olaq.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq bildirib ki, Rusiya öz qüvvələrini həddən artıq qiymətləndirib:
"Rusiya Ukrayna müqavimətinin imkanlarını lazımi səviyyədə dəyərləndirməyib. Bu, Rusiyanın münaqişəyə dair planlarına yenidən baxmaq istəyindən də görünür”.