Rus ordusunun Kiyevdən çəkilməsi davam edir
30.03.2022
Rus ordusunun Kiyev və Çerniqov bölgələrindən çəkilməsi davam edir.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda Rusiya ordusunun Kiyev şəhərini mühasirəyə almaq tapşırığını yerinə yetirə bilmədiyi, Kiyev və Çerniqov vilayətlərindən geri çəkilən düşmənin böyük ehtimalla öz qoşunlarını ölkənin şərqində cəmləşdirəcəyi bildirilib.