Rusiya bu şəhəri vurdu: ölü və yaralılar var
30.03.2022
Rusiya işğalçıları Luqansk vilayətinin Severodonetsk, Rubejnoe, Popasnaya, Kremennaya və Lisiçansk şəhərlərini atəşə tutublar.
Bunu Luqansk vilayətinin rəhbəri Sergey Qayday deyib.
"Təxminən saat 06:30-dadüşmən Lisiçanskdakı yaşayış massivini ağır artilleriya ilə vurdu. Bir neçə çoxmərtəbəli bina ciddi dağıntılara məruz qalıb. Ölən və xəsarət alanların sayı dəqiqləşdirilir. Dağıntılar olduqca çoxdur. Xilasedicilər sağ qalanları xilas etməyə çalışırlar”, - Qayday bildirib.