2017-ci ildə banklarda depozitlərin məbləği artıb
03.02.2018
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir ki, ötən il Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 894,9 mln. manat təşkil edib.
Hesabatdan məlum olur ki, 2017-ci ildə ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği artıb. Belə ki, noyabr ayı ilə müqayisədə dekabrda banklar tərəfindən cəlb olunan depozitlərin məbləği 7,5% və ya 1 mlrd. 171,9 mln. manat artıb.
Ötən ilin dekabrın 31-nə əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 542,5 mln. manat təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 2,67% və ya 195,9 mln. manat çoxdur.