Pentaqon Ukrayna üçün “Javelin” istehsalını artırır
29.03.2022
ABŞ Müdafiə Nazirliyi "Stinger” zenit-raket komplekslərinin və "Javelin” tank əleyhinə raketlərinin istehsalını sürətləndirməyi planlaşdırır.
"DM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, məqsəd sözügedən silahların Ukraynaya göndərildiyindən tükənmiş ehtiyatları artırmaqdır:
"Javelin” tank əleyhinə sistemi tam istehsal rejimindədir. Bununla belə, Pentaqon hasilatı artırmağa çalışır”.