23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Mixail Delyagin hüquqi məsuliyyətə cəlb edilməlidir”

29.03.2022

"Rusiyanın dövlət telekanalında yayımlanan "60 dəqiqə” verilişində Azərbaycana qarşı növbəti təxribat törədilib. Belə ki, Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu bir vaxtda Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyagin ölkəmizə qarşı olduqca təxribat xarakteri daşıyan mövqe ortaya qoyub”.

Bunu  Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, rusiyalı deputatın mövqeyinin proqramda müzakirə edilən məsələyə heç bir aidiyyəti olmayıb:

"Mixail Delyagin hədələyici dillə Azərbaycanı guya ki, Ermənistanla razılaşdırılmış atəşkəs rejimini pozmaqda ittiham edib. O, həmçinin ölkəmizi Ermənistana qarşı aqressiv hərəkətlərə yol verdiyini də bildirib və Azərbaycanı Türkiyənin əlaltısı da adlandırıb. Bu fikirlərin Rusiyanın dövlət telekanalında deputatın dilindən səsləndirilməsi təəssüf doğurur. Bu şəxs onun fərqindədir ki, Azərbaycan və Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib”.

İşçi qrupun üzvü qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasının rəhbərliyinə məlumat verilməlidir:

"Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan, xələl gətirən, terrorçuluğu təbliğ edən, Azərbaycan dövlətinə qarşı həqarətli ifadələr işlədən bu deputata qarşı hüquqi müstəvidə addımlar atılmalıdır və o, hüquqi məsuliyyətə cəlb edilməlidir”.