KİV: Ərdoğan Rusiya nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə edə bilər
29.03.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar üçün İstanbula gələn Moskva və Kiyev nümayəndə heyətlərinin görüşü zamanı Qarabağdakı vəziyyəti müzakirə edə bilər.
Bu barədə TASS danışıqların gedişi ilə tanış olan rusiyalı mənbəyə istinadla bildirib.
"Ərdoğan tərəfindən bu mümkündür... Bunun ukraynalılara aidiyyəti yoxdur. Lakin o bizimlə bu mövzunu (Qarabağdakı vəziyyəti – red.) müzakirə edə bilər”, - deyə agentliyin həmsöhbəti bildirib.