Senator Azərbaycanın “qara siyahı”sına düşə bilər
07.09.2018
ABŞ-ın Kaliforniya ştatının Senat üzvü Entoni Portantino Dağlıq Qarabağa qanunsuz səfər edəcək.
"Dövran Media" xəbər verir ki, bir qrup amerikalı biznesmenlə hazırda Yerevanda səfərdə olan senator sentyabrın 17-də işğal altındakı torpaqlara səfər edəcək.
O, Qarabağda yerli separatçılarla Kaliforniya ştatı arasında əməkdaşlıq üçün prioritet sahələr müəyyən etməyə çalışacaq.
Entoni Portantion Kaliforniya Senatında əsasən ermənilərin məskunlaşdığı 25-ci dairəni təmsil edir və qanunverici orqanda erməniyönümlü qətnamələrin qəbul olunmasına çalışır.