Avstraliya 39 rusiyalının hesablarına əl qoydu
29.03.2022
Avstraliya 39 Rusiya vətəndaşına sanksiya tətbiq edib.
Bunu Avstraliyanın xarici işlər naziri Maris Peyn deyib.
"Avstraliyada Sergey Maqnitskinin ölümündə əli olan və ya ona qarşı ittihamı dəstəkləyən 39 rusiyalıya qarşı sanksiya tətbiq edib. Onların ölkəyə girişi qadağan olunacaq”.
O bildirib ki, sanksiyalar həmin şəxslərin hesablarının dondurulmasını da nəzərdə tutur:
"Bu sanksiyaların yalnız birinci mərhələsidir”.
Qeyd edək ki, vergi dələduzluğunda ittiham edilərək həbs olunan rusiyalı vəkil Sergey Maqnitskinin bir il sonra həbsdə ölməsi Rusiya və ABŞ arasında diplomatik münaqişəyə səbəb olmuşdu. Hökmdən əvvəl Maqnitski Rusiya vergi rəsmilərini əhatə edən korrupsiya şəbəkəsi aşkar etdiyini bildirmişdi.