21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dənizdən meyiti tapılan tələbənin atası DANIŞDI: “Deyilənlər yalandı” - FOTO

28.03.2022

Ötən gün mart ayının əvvəllindən itkin düşən Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbəsi İlkin Qənbərlinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, onun nəşi Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində dənizdə aşkar edilib.

Qeyd edək ki, meyiti tapılan tələbənin evdən qaçdığı, daha sonra özünü dənizə ataraq intihar etdiyi iddia olunur.

Modern.az-ın əməkdaşı itkin düşdükdən təxminən bir ay sonra meyiti tapılan tələbənin ailəsi ilə əlaqə saxlayaraq, iddialara aydınlıq gətirməyə çalışıb.



Mərhumun atası, Emil Qənbərli övladının evdən qaçması barədə deyilənlərin yalan olduğunu söyləyib.

"İlkin heç yerə qaçmayıb, evdən universitetə gedib, ondan sonra geri qayıtmayıb. Niyə öldüyünü bilmirik, hazırda araşdırma gedir”, - deyən E.Qənbərli oğlunun canına qəsd etməsinə səbəb olacaq problemlər yaşamadığını vurğulayıb.

O, həmçinin İlkinin Polşaya getməyə hazırlaşması haqda tələbə yoldaşlarının səsləndirdiyi fikirlərə də münasibət bildirib və bu barədə məlumatsız olduğunu söyləyib.

BDU-nun bundan öncə yaydığı məlumatda İlkin Qənbərlinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu vurğulanmışdı. Lakin Güləş Federasiyasından verilən xəbərə görə, İlkin Qənbərli bu idman növü ilə məşğul olsa da, milli komandaya yüksələ bilməyib və beynəlxalq turnirlərdə qalib olmayıb.

İlkin tələbə yoldaşlarına və müəllimlərə dünya çempionu olduğunu, onun qazandığı uğurlara qiymət verilmədiyini, buna görə də karyerasını və təhsilini Polşada davam etdirmək niyyətində olduğunu deyib. O, sonuncu dəfə martın əvvəlində tələbə yoldaşları ilə görüşüb, daha sonra yoxa çıxıb.