21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Qafqaz Qartalı” təlimiylə bağlı prosedurlar müəyyənləşib

28.03.2022

"Azərbaycan, Türkiyə və Gürcüstan arasında "Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandurumunun qüvvəyə minmə, qüvvədə olma müddəti dəyişikliklər və ləğvetmə proseduru müəyyənləşib.

"DM" xəbər verir ki, bu, "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflər Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün dövlətdaxili hüquqi prosedurların başa çatması barədə depozitariyə yazılı olaraq məlumat verir. Bu Anlaşma Memorandumu tərəfləri onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurlarını tamamladığını bir-birinə diplomatik kanallar vasitəsilə bildirdikləri sonuncu yazılı bildirişin alındlğı tarixdən qüvvəyə minir. Anlaşma Memorandumu bir il müddətinə qüvvədə qalır və tərəflərdən birinin digərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğvetmək niyyəti barədə yazılı olaraq bildriiş vermədiyi təqdirdə avtomatik olaraq sonrakı 1 illik müddətinə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.