03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu kilsə ermənilərin deyil – Rəsmi

28.03.2022

Şabran rayonunun Kilvar kəndində yerləşən tarixi kilsə tamamən məhv olmaq üzrədir.

Bu barəd kənd sakinləri məlumat veriblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova saytımızın sorğusuna cavab olaraq bildirib ki, sözügedən kilsə ermənilərə aid deyil:

"Kilsənin ermənilərə aid olduğu iddia edilir. Amma bu kilsə nəzrani kilsəsidir. Nazirlər Kabinetinin 132 saylı müvafiq qərarına uyğun olaraq, dövlət tərəfindən mühafizə olunan abidələrin siyahısına daxil edilib. Eyni zamanda kilsə təmir-bərpa üçün investisiya siyahısına da salınıb. Ətrafında mütəmadi olaraq mühafizəçilər və Xidmətin əməkdaşları tərəfindən təmizlik işləri aparılır. Kilsəyə heç bir kənar müdaxilə olunmayıb”.