Rus ordusu döyüş ruhunu itirir - Britaniya kəşfiyyatı
28.03.2022
Son 24 saat ərzində Ukraynadakı rus qoşunlarının dislokasiyasında ciddi dəyişiklik baş verməyib.
"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, logistika çatışmazlığı, Rusiya hərbçiləri arasında davamlı tempin və ruh yüksəkliyinin aşağı düşməsi, eləcə də ukraynalıların ciddi müqaviməti vəziyyəti daha da ağırlaşdırır:
"Lakin şiddətli döyüşlərin davam etdiyi Mariupolun cənubunda Rusiya böyük irəliləyişlər əldə edib”.
Qeyd edək ki, daha əvvəl Britaniya hərbi kəşfiyyatı Rusiyanın Ukraynanın Qara dəniz sahillərini mühasirəyə aldığını bildirmişdi. Nəticədə Rusiya Ukraynanın beynəlxalq dəniz ticarəti ilə əlaqəsini kəsib.