"Palmali"dən qərar: Gəmilər şəhidlərimizin adlarını daşıyacaq
28.03.2022
Mübariz Mənsimov başda olmaqla "Palmali Holdinqin” idarə heyətinin qəbul etdiyi qərara əsasən, "Palmali Holdinqə” məxsus gəmilərin adları dəyişdiriləcək.
Bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib.
"Bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İdarə heyətinin qərarı ilə ilk gəmi 30 mart tarixində yola salınacaq. 140 metrə uzunluğunda olan nəhəng gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlat iştirak edəcəklər.
Gəminin texniki göstəriciləri isə bunlardır.
Gəmi 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabiliyyətindədir”, - deyə o bildirib.