Ukrayna “Ayfon” istehsalının azalmasına səbəb oldu
28.03.2022
"Əpl” şirkəti Ukraynadakı vəziyyət və Rusiyaya qarşı sanksiyaların tətbiqi fonunda "Ayfon” SE smartfonları və "AyPods” qulaqlıqlarının istehsal proqnozunu aşağı salıb.
Bu barədə Yaponiyanın "Nikkey” qəzeti məlumat yayıb.
"Ayfon” modelinin istehsalı ilkin planla müqayisədə təxminən 20% (2-3 milyon model) azalacaq. "AyPods” qulaqlıqların isə 2022-ci ildə 10 milyon ədəd azalacağı gözlənilir.
"Sanksiyalar tədarük zəncirlərinə təsir edir və elektronikaya olan tələbata mənfi təsir göstərir. Bundan əlavə, bazarda yarımkeçiricilərin çatışmazlığı müşahidə olunur və çox güman ki, bu sektorda vəziyyət daha da pisləşəcək”, - məlumatda bildirilib.