Şaffer: Bakını Qarabağda geri çəkilməyə çağırmaq?
28.03.2022
Azərbaycanı Qarabağdan çəkilməyə çağırmaq Ukraynanı Mariupoldan çəkilməyə çağırmağa bərabərdir.
"DM" xəbər verir ki, bu sözləri Corctaun Universitetinin professoru və ABŞ-ın Demokratiyanı Müdafiə Fondunun (FDD) baş məsləhətçisi Brenda Şaffer özünün rəsmi Tvitter səhifəsində yazıb.
O, sözügedən açıqlamanı Amerika Senatının Xarici Əlaqələr Komitəsinin Qarabağla bağlı son bəyanatına cavab kimi paylaşıb.