Sosial şəbəkədən Trampa XƏBƏRDARLIQ
07.09.2018
ABŞ prezidenti Donald Tramp tanınmış "Twitter” sosial şəbəkəsindən xəbərdarlıq alıb.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki, gələn şikayətləri nəzərə alan sosial şəbəkə Trampın hesabını da bağlaya biləcəyini bildirib.
Belə ki, digər istifadəçilər tərəfindən "Trampın hesabı bağlansın” çağırışına sosial şəbəkənin hüquq şöbəsinin müdiri Vijaya Gadde qaydalara əməl etməyəcəyi təqdirdə bunun olacağını bildirib.
Verdiyi bütün qərarları Twitter hesabından ictimaiyyətə çatdıran Tramp əsasən yazılarında sərt ifadələr işlətdiyinə görə tənqidlərə tuş gəlib.
O, yazılarında siyasətçilərə ləqəblər qoyması, ABŞ mediasına qarşı sərt ifadələri və s bu kimi digər yazılarına görə tənqid və şikayətlərlə qarşılaşır.
Xatırladaq ki, bundan əvvəl onu tənqid edən izləyicilərini bloka salan ABŞ prezidenti sonradan məhkəmim qərarı ilə bu əməlindən əl çəkməli olub.
Qeyd edək ki, bundan əvvəl Twitter sosial şəbəkəsinin nümayəndəsi ABŞ konqresi qarşısında hesabat verməli olub.