“Anonymous”dən Putinə mesaj
26.03.2022
"Anonymous” haker qrupu Rusiya Mərkəzi Bankının rəsmi saytını dağıdaraq Rusiya Prezidenti Vladimir Putinə mesaj göndərib.
"Devran Media" xəbər verir ki, məxfi razılaşmalar da daxil olmaqla 35 mindən çox sənədi yayımlamağa başlayan "Anonymous" görüntülü açıqlamada bu faylların ölçüsünün 28 giqabayt olduğunu bildirib.
Haker qrupu Putinə mesajında heç bir sirrin təhlükəsiz olmadığını deyib:
"Biz hər yerdəyik. Sarayınızdayıq. Masanızdayıq, yatdığınız otaqdayıq. İndi Rusiya Mərkəzi Bankına məxsus minlərlə sənədi, müqavilələri, yazışmaları, pul köçürmələrini, oliqarxlarınızın ticarət sirlərini, ictimaiyyətdən saxladığınız real iqtisadiyyat hesabatlarını, digər ölkələrlə bağladığınız ticarət müqavilələrini, bəyanatlarınızı, sizinlə bağlı məlumatları paylaşırıq.
NATO, ABŞ və Avropa Birliyi yalançıdır. Onlar sadəcə olaraq insanlığı əsarət altına almaq istəyirlər. Onların hamısının bağlı qapılar arxasında sövdələşmələri var. Bütün dünyada günahsız insanlar tək deyil. Biz sizik. Siz bizsiniz. Nəzarəti əlinizə keçirin. Biz günahsızların yanındayıq. Müharibəyə və istismara yol vermirik. Biz bağışlamırıq, unutmuruq. Bizi gözləyin".