Əməkdar artist Cavanşir Məmmədova avtomobil hədiyyə olunub.
Bu barədə müğənni ARB TV-də yayımlanan "Həmin Zaur” verilişində deyib:
"Ayın 15-də ad günüm idi. İki dostum gecə zəng etdi ki, səhər bir yerə gedəcəyik. Məni maşın salonuna apardılar. Avtomobilin pulunu verdilər, sənədlərinin də adıma keçirilməsini tapşırdılar. Bahalı avtomobil deyildi, 4 qapılı "Niva” idi. Onlar bilirlər ki, eksklüziv avtomobilləri sevirəm. 20 il əvvəl də "Qaz 31” limuzin hədiyyə etmişdilər. Dedim, pulun yarısın mən verim, qoymadılar. 24 min manata aldılar”.